Mühəndislik və konsaltinq
Layihələndirmədən istehsalata qədər
Layihələndirmədən istehsalata qədər
Konstruktiv işçi layihələri
Tikinti obyektləri üçün AutoCAD proqramında konstruktiv işçi layihələrinin, planların, kəsiklərin, qovşaqların və digər texniki çertyojların hazırlanması.
Metal konstruksiyaların 3D modelləşdirilməsi
Tekla Structures vasitəsilə metal konstruksiyaların dəqiq 3D modellərinin hazırlanması, konstruktiv elementlərin və birləşmələrin işlənməsi.
İstehsalat çertyojları və material siyahıları
Shop Drawing, Assembly və Single Part çertyojları, material və profil siyahıları (BOM), montaj sxemlərinin hazırlanması.
Statik və dinamik hesablamalar
LIRA-SAPR və SAP2000 ilə konstruksiyaların hesablanması, yük kombinasiyalarının tətbiqi, dayanıqlıq və möhkəmlik yoxlaması.
Material sərfiyyatının optimallaşdırılması
Düzgün konstruktiv həllər və material bölgüsü ilə itkinin minimuma endirilməsi və layihənin iqtisadi səmərəliliyinin artırılması.
Layihəniz var?
Bizimlə əlaqə saxlayın, layihənizi birlikdə müzakirə edək.